UEFA Gənclər Liqası:
İdman

UEFA Gənclər Liqası: "Qəbələ" - "Olimpiakos" oyununun hakimləri müəyyənləşib

"Qəbələ" - "Olimpiakos" oyununu idarə edəcək hakimlər bəlli olub

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

"Respublika" xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qoqa Kikaçeşviliyə David Axvlediani, Davit Qabisonia kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.