“Ulu Öndər Heydər Əliyevin əvəzsiz milli irsi” adlı tədbir keçirilib
Sosial həyat

“Ulu Öndər Heydər Əliyevin əvəzsiz milli irsi” adlı tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində, Naftalan Şəhər İcra Hakimiyyətinin təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq, davamlı olaraq silsilə tədbirlər keçirilir.

“Respublika” xəbər verir ki, növbəti tədbir Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda idi. Tədbirdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında geniş söhbət açıb. Eyni zamanda, ulu öndərin xalqın təkidli, xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, ağsaqqalların cəmiyyətimizdə rolunun daha da artdığını vurğulayıb.                                                                                                                

Digər çıxış edənlər ölkəmizdə Heydər Əliyev siyasətinin mahir və layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin qüdrətli mərhələsinin yaşandığını qeyd ediblər. Həmçinin "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərin ulu öndərin ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir.

Zabit XƏLİLOV,

“Respublika”.