Ulu Öndərin xatirəsi yad edilib
Sosial həyat

Ulu Öndərin xatirəsi yad edilib

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.

“Respublika”.