Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə görüş
İQTİSADİYYAT

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə görüş

KOBİA ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında keçirilmiş görüşdə Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı KOB-lara dəstək və bu istiqamətdə WIPO ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib. 24 iyun KOBİA-dan verilən məlumatda bildirilir.

Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş direktorunun müavini Hasan Kleyb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb. Görüşdə Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı KOB-lara dəstək və bu istiqamətdə WIPO ilə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

WIPO BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. Sıralarında 193 ölkəni birləşdirən bu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, əqli mülkiyyətin inkişafına dəstək verir.

“Respublika”.