Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Sosial həyat

Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Paytaxtın Nərimanov rayonunda yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yarımstasionar formada 3-11 yaş qrupuna aid əlilliyi olan uşaqlar bəhrələnəcək. Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil ediləcək, valideynləri müvafiq təlimlərə cəlb olunacaq.

“Respublika”.