Valeriy Kolyux: Qarabağın tezliklə bərpa edilməsini arzulayırıq
Siyasət

Valeriy Kolyux: Qarabağın tezliklə bərpa edilməsini arzulayırıq

Hazırkı prezident seçkilərinin əsas xüsusiyyəti müstəqil Azərbaycanın bütün ərazisində, xüsusilə işğaldan azad olunmuş Qarabağda da keçirilməsi idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, nümayəndə heyətinin rəhbəri Valeriy Kolyux deyib.

O bildirib ki, seçkilərdə iştirak etmiş hər bir Azərbaycan vətəndaşı Qarabağda qazanılan Qələbənin bir hissəsi olmuş, ərazi bütövlüyünün bərpa olunmasına iştirak etmişdir.

"İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi bizim üçün, Ukrayna hökuməti üçün də bir təcrübə oldu", - deyə deputat əlavə edib.

V.Kolyux seçkilər münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, ölkəmizə inkişaf və Qarabağın tezliklə bərpa edilməsini arzulayıb.