Vilnüs sammitində Ukrayna üçün yeni yardım paketi ayrılacaq
Siyasət

Vilnüs sammitində Ukrayna üçün yeni yardım paketi ayrılacaq

NATO müttəfiqləri Vilnüs sammitində Ukraynaya yardım məqsədilə yeni paketin hazırlanması barədə razılığa gələcəklər.

"Respublika" xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlaması zamanı bildirib.

O, həmçinin alyansın Ukraynaya NATO-ya üzv olması ilə bağlı “müsbət siqnal” göndərəcəyini də vurğulayıb.

Bundan başqa, Sallivan Kiyevin alyansa üzvlüyü ilə bağlı fikir ayrılıqlarında azalma müşahidə olunduğunu da qeyd edib.

Nəzrin ELDARQIZI,

"Respublika".