Qoşulmama Hərəkatı - Yeni dünya nizamında
Siyasət

Qoşulmama Hərəkatı - Yeni dünya nizamında

Qlobal güclərin öz nüfuz dairələrini yenidən müəyyənləşdirdiyi bir dövrdə  yeni dünya nizamının qurulması prosesi gedir. Təbii ki, bu prosesdə hadisələrə təsir etmək imkanı olan nüfuzlu beynəlxalq təşkilatların da payı danılmazdır. Beynəlxalq təşkilatların hər birinin dünyadakı proseslərə fərqli baxışı özünəməxsus təsir gücü var. Azərbaycan adları çəkilən beynəlxalq qurumların hamısı ilə geniş əlaqələrə malikdir, amma Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. 2019-cu ildən ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycanın təşkilata sədrlik dövrü dünyada böyük təhdid olan COVID-19 pandemiyasının  yayıldığı vaxta təsadüf etsə , rəsmi Bakı öz missiyasını uğurla icra edərək qlobal güclərin təqdirini qazandı. Qazanılan uğurun nümunəsi kimi ölkəmizin Hərəkata sədrlik müddətinin bir il uzadılmasını göstərmək olar.

Geridə qalan 3 ilə nəzər salsaq görərik ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Təşkilatın təsir gücü beynəlxalq məkanda daha da genişləndi, tarixi uğurlara imza atdı. Prezident İlham Əliyev 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ ədaləti müdafiə edəcək. Bunun əsası kimi, COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə bəzi inkişaf etmiş dövlətlər ehtiyaclarından artıq vaksin almaqla digər ölkələrin vaksin təminatına ciddi ziyan vurmuşdu. Azərbaycan Prezidentinin peyvəndlərin ədalətsiz bölüşdürülməsinə qarşı mövqeyi beynəlxalq hüququ müdafiə edirdi. Bununla da ölkə başçımız  təşkilata üzv olan bütün dövlətlərin xalqların hüquqlarının müdafiəçisinə çevrildi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu.

Prezident İlham Əliyev 2021-ci ildə QH-nin yaradılmasının 60- ildönümünə həsr edilən Belqrad tədbirində postpandemiyaya həsr olunmuş sammitin keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin nəticəsi olaraq Bakıda martın 2- Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupu Zirvə toplantısı keçirilir. Bu tədbirin ölkəmizin təklifi ilə keçirilməsi Azərbaycanın təşkilatdakı nüfuzunun göstəricisidir. Sammitdə postpandemiya məsələləri ilə yanaşı, yeni dünya nizamının formalaşması prosesində beynəlxalq sülh təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularıdır.

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupu Zirvə toplantısı Türkiyə Suriyada həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 70-ə yaxın ölkənin dövlət hökumət başçılarının, Kuba, Qabon Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının sədri Tsaba Körösi, Dünya Turizm Təşkilatının katibi General Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri, nazirlər, nazir müavinlərinin səfirlərin iştirak etdiyi tədbir ölkə başçımızın çıxışı ilə başladı. Prezident İlham Əliyevin "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti beynəlxalq hüququ müdafiə etməkdir" ifadəsi  ölkəmizin təşkilatın fəaliyyəti üçün göstərdiyi qayğıdan xəbər verir. Dövlət başçımızın fikirləri ölkəmizin sədrliyi ərzində qlobal təhlükəsizliyə sabitliyə diqqət ayrılması Azərbaycanın uğurlu siyasətini təsdiq edən amillərdəndir.

Bununla yanaşı, ölkə başçımız qlobal məkanda baş vermiş hadisələrə öz münasibətini bildirib: "Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir".

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Azərbaycanın beynəlxalq məkandakı ikinci ən böyük platformaya sədrlik etməsi regionda təsir gücümüzü daha da artırır. Azərbaycan artıq yeni dünya nizamında əhəmiyyətli rol oynayan dövlətə çevrilir. Belə ki, Azərbaycan Şərq-Qərb qarşıdurmasının yaşandığı bir dövrdə Amerika, Avrasiya Afrika materikindən olan nüfuzlu dövlətləri bir araya gətirməyi bacarır. Bu səbəbdən, dünya dövlətləri Azərbaycanı əhəmiyyətli oyunçu, mühüm tərəfdaş, beynəlxalq sülhə töhfə verən ölkə kimi qəbul edir.

Nurlan ABDALOV,

"Respublika".