Xeyli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb
Digər xəbərlər

Xeyli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb

DSX-nin məlumatında bildirilir ki, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Respublika”.