YAP Zəngilan rayon təşkilatının 30 illik yubileyi qeyd edildi
Digər xəbərlər

YAP Zəngilan rayon təşkilatının 30 illik yubileyi qeyd edildi

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə xalqımızın ümummilli öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan danışdı. Qeyd etdi ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyevin siyasi kursu şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Sıralarında 2 mindən çox üzvü birləşdirən, bu gün 30 illik yubileyi qeyd olunan rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib. Rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir.

Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Mili Məclisin Deputatı İmamverdi İsmayılov, veteran partiya üzvləri Həsən Ələkbərov, Almas Osmanova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğurunda töhfəsindən geniş bəhs etdilər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində aktiv iştirak etdiyi üçün və “YAP Zəngilan rayon təşkilatının təsis edilməsinin 30 illiyi” münasibətilə fərqlənən bir qrup partiya üzvünə və 70 illik yubileyi münasibəti ilə Həsən Ələkbərov və Almas Osmanovaya Fəxri Fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi.

“Respublika”.