Yaponiyada 90 yaşlı kişi Fuji dağına qalxdı
Dünya xəbərləri

Yaponiyada 90 yaşlı kişi Fuji dağına qalxdı

Yaponiyada 90 yaşlı Yuiçiro Miura adlı şəxs əlil arabası ilə ölkənin ən yüksək nöqtəsi olan Fuji dağının zirvəsinə qalxıb.

"Respublika" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

Bildirilib ki, Miura bu uğura bir neçə ailə üzvünün və dostlarının köməyi ilə imza atıb.

Qeyd edək ki, Fuji dağının hündürlüyü 3776 metrdir.

Nəzrin ELDARQIZI,

"Respublika".