Malayziyada 2 hərbi helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb
Dünya xəbərləri

Malayziyada 2 hərbi helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb

Malayziyada keçirilən parad zamanı 2 hərbi helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb.

“Respublika” xəbər verir ki, Malayziya Hərbi Dəniz Qüvvələri Komandanlığının açıqlamasına görə, Perak əyalətində donanmanın 90 illiyini qeyd etmək üçün parad məşqində təlim uçuşu həyata keçirən 2 helikopter havada toqquşub, 10 zabit həlak olub.

Dəniz Qüvvələri Komandanlığı qəzanın səbəbləri ilə bağlı istintaqın başlanacağını bildirib.

Musa Bağırlı,

“Respublika”.