Yer kürəsinin ən ağırçəkili canlısının qalıqları tapılıb
Maraqlı

Yer kürəsinin ən ağırçəkili canlısının qalıqları tapılıb

Paleontoloqlar Perunun sahil zonasında 37-39 milyon il əvvəl yaşamış balinanın nəhəng fəqərələri və fosillərini (daşlaşmış qalıqları) aşkar ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, qalıqlar Eosen dövrünə aid basilosauridlər ailəsindən olan “Perucetus colossus” balinasına məxsusdur. Alimlərin hesablamaları düzgündürsə, onun uzunluğu 20 metr, çəkisi 150-350 ton olub. Belə olduğu halda o, Yer kürəsinin indiyə qədər yaşamış ən ağırçəkili canlısı sayıla bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".