Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə, bu ölkənin saatları...

Avropanın ada ölkələrindən biri olan Malta ərazisinin kiçikliyinə baxmayaraq, böyük əyləncələrə heyranedici gözəlliyə ev sahibliyi edir. Aralıq dənizində yerləşən bu ölkə bənzərsiz dəniz sahilləri cazibədarlığı ilə bütün dünyada məşhurdur. Əgər hər hansı bir səbəbdən ya istirahət etmək məqsədilə yolunuz bu ölkədən düşərsə orada mövcud olan qeyri-adi ənənədən xəbərdar olsanız çaşqınlığa uğramazsınız...

Maltada kilsələrdə fərqli vaxtı göstərən iki saat var. Yerlilər hansının düzgün olduğunu bilsələr kənardan gələnlər üçün bu, bir az çaşqınlıq yaradır. Ölkəyə səyahət edən turistləri çaşdıran kilsədəki saatlar yerli əhali üçün əsl bir inanc mənbəyidir. Ölkənin müxtəlif yerlərində yerləşən bütün kilsələrdə olan iki saatdan biri səhv, digəri isə düzdür. Bəli, saatlardan biri qəsdən yanlış vaxtı göstərir. Bu isə şeytanı kilsədən uzaqlaşdırmaq üçündür. Belə ki, yerli əhali şeytan ayinləri pozmasın deyə saatlardan birini səhv vaxta qurublar. Buna görə bütün kilsələrdə iki saat mövcuddur. Biri xalq üçün, digəri isə şeytan üçün.

 

Həşəratların işıq "sevdasının" sirri bu imiş

Yəqin ki, xüsusilə yay aylarında qapı yaxud pəncərə açılan kimi çöldən içəri daxil olan ağcaqanad, milçək kimi həşəratların lampa işığına doğru uçmasının şahidi olmusunuz. Heç düşünmüsünüzmü onları işığa cəlb edən nədir?

İndiyə qədər həşəratların süni işığa meyilli olduqları iddia edilsə , yeni araşdırmanın nəticələri göstərib ki, işıq onlar üçün bir "tələdir". Tədqiqat zamanı məlum olub ki, həşəratlar birbaşa işığa doğru uçurmuş kimi görünsələr , əslində onların bədənlərinin idarəetmə sistemində dəyişiklik baş verir, bu da onların həyatları bahasına başa gəlir.

Alimlər hesab edirlər ki, həşəratlar işığa yaxınlaşdıqca idarəetməni itirirlər. London İmperial Kollecinin tədqiqatçısı Samuel Fabian həşəratların bədənlərinin idarəetmə sistemləri ilə işığın əlaqəli olduğunu deyir.

Tədqiqatçılar həşəratların işığa olan marağının nədən qaynaqlandığını öyrənərkən bir neçə mühüm amili ortaya çıxarıblar: işığın ətrafında uçan həşəratların başaşağı çevrilərək yerə düşməsi; həmin ərəfədə yerə düşməmək üçün işığın ətrafında fırlanması.

 

Niyə zəkalı insanlar daha çox düşünürlər?

Almaniya İspaniyadan olan elm adamları zəkalı insanların qərar qəbul edərkən niyə daha çox düşündüyünü araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, daha yüksək intellektə malik olan iştirakçılar sadə tapşırıqları tez yerinə yetirir, mürəkkəb tapşırıqların həllinə isə daha çox zaman sərf edirlər.

Təcrübə zamanı tədqiqatçılar maqnit rezonans tomoqrafiyası (MRT) kimi rəqəmsal beyin skanlarından, həmçinin bioloji proseslər haqqında nəzəri biliklərə əsaslanan riyazi modellərdən istifadə edərək kompüter simulyasiyalarına müraciət ediblər. Daha sonra isə alimlər ayrı-ayrı insanların məlumatlarından istifadə edərək "fərdiləşdirilmiş" beyin modelləri yaradıblar. Bu üsulla müxtəlif problemləri həll edərkən müəyyən bir insanın intellektual xüsusiyyətləri reaksiya müddəti təhlil edilib. Daha sonra isə iştirakçılara "pazıllarda" elementlərin seçilməsi kimi daha çətin tapşırıqlar verilib. Nəticədə məlum olub ki, IQ səviyyəsi yüksək olan iştirakçılar sadə tapşırıqları daha sürətli, mürəkkəb tapşırıqları isə daha gec yerinə yetirirlər. Digər tərəfdən isə ortaya çıxıb ki, aşağı IQ- malik olanlar çətin qərarlar qəbul edərkən onların beyin bölgələrində məlumatların emalı gecikir ki, bu da, belə insanların səhvetmə ehtimalını artırır.

 

Tutanhamonun müəmmalı ölümünün səbəbi açıldı

Misirin ən çox diqqət fironlarından olan Tutanhamonun müəmmalı ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.

B.e.ə.1323-1341-ci illər arasında yaşamış, "Qızıl Kral" "Uşaq Kral" kimi tanınan, gənc yaşlarda dünyasını dəyişən Misir fironu Tutanhamonun ölümü ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün uzun müddətdir ki, onun mumiyası üzərində araşdırmalar aparılırdı. Ən son araşdırma zamanı məlum olub ki, firon içkili vəziyyətdə at sürərkən yıxılıb yaralarının mikroba yoluxması nəticəsində dünyadan köçüb. Misirşünas Sofiya Əziz gənc fironun içki düşkünü olduğunu qeyd edib. Qəzada Tutanhamonun ayağının da qırıldığını vurğulayan alim "BBC Science Focus"a verdiyi açıqlamada onun tabutunda tapılan əşyaların fironun ölüm səbəbinə işıq saldığını bildirib.

Qədim misirlilər mumiyalanmış cəsədləri torpağa tapşırarkən onların məzarlarına öldükdən sonra istifadə edildiyini güman etdikləri əşyalar qoyurdular. Tutanhamonun məzarında tapılan əşyalar arasında onun müalicə olunduğuna işarə edən bitkilər tapılıb. Qəbirdəki silahların şərab şüşələrinin isə gənc fironun ölüm səbəbi ilə əlaqəli olduğu düşünülür. Radioloji üsullarla aparılan araşdırmalarda onun ölməzdən əvvəl bir müddət əsa ilə yeridiyi, ayaqlarında ciddi problemlərin olduğu müəyyənləşdirilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".