Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
SİYASƏT

Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib

İyunun 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı, dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib.

AZƏRTAC