“ASAN xidmət” - şəffaflığın təminatçısı
Sosial həyat

“ASAN xidmət” - şəffaflığın təminatçısı

Ölkəmizin bu intellektual məhsulu dünyada tanınır

Hər bir insanın mütəxəssis kimi yetişdirilməsinə, formalaşdırılmasına cəmiyyətdə rolunun artırılmasına qısa vaxtda nail olmaq mümkün deyil. Təbii ki, bunun üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Bu istiqamətdə görülən işlərin əsas məqsədini açıqlayan ölkə başçısı demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət göstərir beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.

Bəli, ölkə başçısının rəhbərliyə başladığı ilk dövrlərdə söylədiyi bu fikirlər artıq həyatda öz təsdiqini tapmaqdadır. İllər sonraASAN xidmətölkəmizin intellektual məhsuludur” - deyən Prezident fikrini əsaslandıraraq Ağcabədi rayonundaASAN həyatmərkəzinin açılışında belə söyləmişdir: “Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizimASAN xidmətmərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıqASAN xidmətin fəaliyyətə başlaması uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmətinnovasiya hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur... o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır”.

Dövlət başçısının dediyi kimi, “ASAN xidmətmərkəzlərinin yaradılması innovasiyadır təbii ki, ölkədə formalaşan bacarıqlı, təcrübəli mütəxəssislərin intellektinin məhsuludur. “ASAN xidmətAzərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərdir. ASAN sözünün açılışı ingiliscəAzerbaijan Service and Assessement Network”, azərbaycancaAzərbaycan Xidmət Qiymətləndirmə Şəbəkəsideməkdir o, bir qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlkASAN xidmətmərkəzi 2013- ildə fəaliyyətə başlayıb.

Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Elə respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açanASAN xidmətmərkəzlərinin yaradılması bunun əyani sübutudur.

Bu xidmət vasitəsilə vətəndaş məmnunluğuna yönələn şəffaf elektron xidmətlərin tətbiqi getdikcə genişləndirilir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycanın brendi sayılanASAN xidmətmərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə beynəlxalq aləmdə təqdir olunur bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət rahatlıq prinsipləri əsasında fəaliyyət göstərənASAN xidmətmərkəzlərində kadrların bilik bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən  əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Agentliyin yaradılması ilk növbədə vətəndaş-dövlət qulluqçusumünasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada nadir təcrübə olanASAN xidmətməhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir.

ASAN xidmətmərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir ki, bu da Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır. Həmin mərkəzlərdə müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu günASAN xidmətölkəmizin intellektual məhsuludur onun fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verir.

ASAN xidmətmərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. Bu qurumun əhəmiyyətini artıran həm bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

Hazırda ölkədə 20 “ASAN xidmətmərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmətmərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunalmərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədəkASAN xidmətmərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərindən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir” - deyən Prezident İlham ƏliyevASAN xidmətmərkəzlərini yaratmaqla dünyada analoqu olmayan bir addım ataraq bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamasını təmin etdi. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modelidir.

Onu da qeyd edək ki, “ASAN xidmətin timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bu addımdan sonra Azərbaycanda ictimai münasibətlərin yeni fəlsəfəsi formalaşdı. Xidmətin istifadəyə verilməsinə qədər vətəndaşlar ictimai xidmət sahəsində tez-tez rüşvətxorluqla, korrupsiya ilə qarşılaşırdı. MəhzASAN xidmətvətəndaşları bu bəladan xilas etdi onlara yüksək səviyyəli xidmətin göstərilməsinə başlanıldı.

Prezident İlham Əliyev qeyd edir ki, “harada güclü iradə, düşünülmüş siyasət var icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə olacaq”. “ASAN xidmətməhz belə bir nəticənin əldə olunmasıdır. Dövlət başçısınınASAN xidmətsadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidirsözləri təsadüfi deyil. Çünki bu xidmətin fəaliyyətə başlaması rüşvətxorluğa qarşı ən effektiv addımlardan biridir.

ASAN xidmətin tərkibinəASAN Kommunal”, “ASAN həyat”, ABAD - Ailə Biznesinə ASAN Dəstək layihəsi daxildir. ABAD layihəsi dövlət ailə təsərrüfatlarının inkişafında xüsusi rol oynayır: respublikanın müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını bazara çıxarır, eyni zamanda, ixrac etmək imkanı qazanırlar. ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri özünüməşğulluq proqramına böyük dəstəkdir. Ölkədə ictimai münasibətlərin tamamilə yeni formasının tətbiqi olanASAN xidmətbeynəlxalq müstəvidə Azərbaycan haqqında düzgün təsəvvürün yaranmasında da xüsusi rol oynayır.

Bu gün dünyanın 8 ölkəsiASAN xidmətmilli brendinin tətbiqi ilə bağlı Azərbaycanla müqavilə imzalayıb. “ASAN xidməthəm BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi, dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır.

BMT-nin İnkişaf Proqramı tərəfindən 2016- ildəDövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmışVahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsiadlı analitik araşdırmanın nəticələri hazırlanmışdır. Araşdırmada AzərbaycanınASAN xidmətmodelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri əsas nailiyyətlərinin nəzəri praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrəASAN xidməttəcrübəsinə əsaslanan tövsiyələr verilir. BMT-nin İnkişaf proqramının Avropa MDB ölkələri üzrə regional direktorunun müavini direktor vəzifələrinin müvəqqəti icraçısı Rastislav Vrbenski deyib: “AzərbaycanASAN xidmətmodelini yaratdığı üçün qürur duymalıdır”.

Ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvanda tikilməkdə olanASAN xidmətmərkəzində görülən işlərlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Bu günASAN xidmətmərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonraASAN xidmətmərkəzlərinin sayı 27- çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir”.

Bütün bunlar onu göstərir ki, qazanılan uğurların təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın maddi rifahının yüksəldilməsi dayanır. Digər tərəfdənASAN xidmətin beynəlxalq səviyyədə dəyərləndirilməsi isə Azərbaycanın intellektual məhsulunun dünyada tanınmasının nümunəsidir.

Zümrüd QURBANQIZI,

Respublika”.