Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verir
İQTİSADİYYAT

Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verir

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qeyri-neft sektorunun inkişafı həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin dinamikasının, respublika iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəlmişdir.

Ölkədə sənaye parklarının yaradılması fəaliyyətinin təşkili ilə bağlı məsələlər bir sıra dövlət sənədlərində proqramlarda, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı iləAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında öz əksini tapmışdır.

Ötən dövr ərzində parkların yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə öyrənilmiş müvafiq normativ-hüquqi baza yaradılmışdır. Dövlət başçısının 24 aprel 2013- il tarixli Fərmanı ilə dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyənSənaye parkları haqqında Nümunəvi Əsasnamətəsdiq edilmişdir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir.

Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Sənaye parkları ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına, innovativ yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

Bu mexanizmlərdən olan sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak torpaq vergisindən, gəlir ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların qurğuların idxalı zamanı ƏDV-dən 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında müasir infrastruktur dövlət vəsaiti hesabına yaradılır ki, bu da sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələrini təmin edir.

Hazırda ölkəmizdə Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ Pirallahı sənaye parkları fəaliyyət göstərir. Bu il Ağdam Sənaye Parkı yaradılıb sənaye parklarının sayı 6-ya çatıb. Sənaye parklarında indiyədək ümumilikdə 3,7 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 962 milyon manatlıq hissəsini ya təxminən 26%-ni ixrac təşkil edir. Sənaye parklarında ümumi qoyulacaq investisiyalarının həcmi 3,8 milyard ABŞ dollarından artıq olan 52 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən 3,5 milyard ABŞ dollarından artıq investisiya yatırılıb, 36 rezident fəaliyyətə başlayıb, 9000 nəfərə yaxın insan daimi işlə təmin edilib.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt şəhərində yaradılmışdır. Parkın ərazisi 583,5 hektar təşkil edir Cənubi Qafqazda ən böyük sənaye parkıdır. Ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dollarından çox olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda Sənaye Parkında azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənayedə istifadə olunan torbalar, tibbi maskalar, şüşə lövhələr istehsal edilir. İndiyədək parkın rezidentləri tərəfindən 2,9 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Qeydiyyata alınmış rezidentlərdən 16- fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Burada 5500-dək işçi daimi işlə təmin olunub. Ümumilikdə, bu günədək rezidentlər tərəfindən 2,8 milyard manat dəyərində satış həyata keçirilib ki, bunun da 884 milyon manatlıq hissəsi - təqribən 31%-i ixracın payına düşür.

Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb. 10,15 hektar ərazidə yerləşən Balaxanı Sənaye Parkında 22 rezident qeydiyyatdan keçib onlardan 16- fəaliyyətə başlayıb. Parkın ərazisində rezidentlər tərəfindən kimya məhsulları, kağız plastik emalından qablaşdırma məhsulları, mebel, poliqrafiya məhsulları, rezin plastmas məmulatları, tikinti materialları, elektrik avadanlıqları, plastik məmulatlar istehsalı, tullantıların plastik torların təkrar emalı s. fəaliyyət sahələri var.

Sənaye parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulub 800-dən çox yeni yeri yaradılıb. Fəaliyyətdə olan rezidentlər tərəfindən 61 milyon manat həcmində məhsul istehsal edilib ki, bunun da 8,4 milyon manatlıq hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Ukrayna Belarusa ixrac edilib.

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə yüngül sənayenin inkişafı üçün yaradılıb. “Mingəçevir TekstilMMC sənaye parkının rezidenti kimi qeydiyyata alınıb sənaye parkının ərazisində Almaniya, İsveçrə, Yaponiya Türkiyə texnologiyaları əsasındaRingOpen Endüsulu ilə iplik istehsal edilir.

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yaradılmış parkın ərazisi 72 hektardır. “Bakı Gəmiqayırma ZavoduMMC Qaradağ Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Zavod müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri ümumilikdə dəniz ofşor mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Bakı Gəmiqayırma Zavodunda gəmi tikintisi ilə bağlı 10-dək layihə icra edilmiş 100-dən artıq gəmi təmiri işləri həyata keçirilmişdir. Hazırda zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi digər təyinatlı gəmilərin istehsalı təmiri üzrə müxtəlif layihələr uğurla icra edilir.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016- il tarixli Sərəncamına əsasən qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli innovativ sənaye səhələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmışdır. Sənaye parkının ərazisi 30 hektar təşkil edir. Burada 4 sahibkarlıq subyektinə rezidentlik statusu verilib onlardan 2-i fəaliyyətə başlayıb. Dərman vasitələrinin qablaşdırılması istehsalı layihələri üzrə Azərbaycan-Rusiya birgə müəssisəsi olanHayat PharmMMC, Azərbaycan-İran birgə müəssisəsi olanCaspian PharmedQSC müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı layihəsi üzrəDiamed Coqeydiyyata alınmışdır.

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb elə həmin gün Ağdam Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Sənaye parkı qida sənayesi, kiçik sənaye xidmət, iri sənaye müəssisələri, sosial texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət süd məhsullarının, şərab, yem, gübrə istehsalı emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.

Sənayeləşmə qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan ərazisində sənaye parklarının yaradılması, mövcud təbii iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların geniş tətbiqi ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verir.

Kamil İSMAYILOV,

Respublika”.