AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 2021-ci il üçün doktoranturaya qəbul elan edir
Reklam və elanlar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 2021-ci il üçün doktoranturaya qəbul elan edir

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 2021-ci il üçün doktoranturaya qəbul elan edir:

***Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Qeyd: cari ildən doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara (Təlimatlarla www.aztu.edu.az saytında tanış ola bilərsiz) uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 1 iyul saat 09:00-dan etibarən mümkün olacaqdır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 159 nömrəli Qərarına əsasən doktoranturaya qəbul hər ilin iyun (xarici dil) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

REKTORLUQ.