TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI “SUMQAYIT TİBB MƏRKƏZİ” PHŞ 2021-ci il üçün tələb olunan “Dəftərxana və təsərrüfat malları”, “Mətbəə blankları”, “Çirkli paltarların yuyulması, ütülənməsi və çatdırılması”, “Nəqliyyat vasitələrinin əsaslı təmiri” və  “Nəqliyyat vasitələrinin cari təmiri”nin satınalması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 5 LOT üzrə aparılır:

Lot-1. “Dəftərxana və təsərrüfat malları”

Lot-2. “Mətbəə blankları”

Lot-3. “Çirkli paltarların yuyulması, ütülənməsi və çatdırılması”

Lot-4. “Nəqliyyat vasitələrinin əsaslı təmiri”

Lot-5. “Nəqliyyat vasitələrinin cari təmiri”

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini portal vasitəsi ilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu portal vasitəsi ilə ala bilərlər, lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.

İştirak haqları:

LOT-1 – 400 manat

LOT-2 – 350 manat

LOT-3 – 240 manat

LOT-4 – 240 manat

LOT-5 – 180 manat

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxslərə müraciət edə bilərlər:

Təşkilat: “Sumqayıt Tibb Mərkəzi” PHŞ

Hesab: AZ84AİİB380900C9446045515125

VÖEN: 2900381351

Bank: KAPİTAL BANK

Kodu: 200253

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri portal vasitəsi ilə təqdim etməlidir:

-tenderdə iştirak etmək üçün ərizə;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 %-i həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-Son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-İşləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) portal vasitəsi ilə 06 sentyabr 2021-ci il saat 12.00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətini isə 14 sentyabr 2021-ci il saat 12.00-a qədər portala yerləşdirməlidirlər.

Təklif zərfləri 15 sentyabr 2021-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda portal vasitəsi ilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.

Əlaqələndirici şəxs: Gülnar Süleymanova

Telefon: (018) 65-5-76-16

Ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti-7.


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 3 saylı (Şirvan) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasının qazlaşdırılması” işlərinin satın alınması.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı tələb olunmur.

Podratçılarla vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi aparan vəzifəli şəxs: İlkin Həsənov, Tel.: (012) 537 21 88.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənəd;

2.İddiaçının hüquqi sənədlərinin surəti (hüquqi sənədlərin surəti notarial qaydada təsdiqli olmalıdır) və bank rekvizitləri;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

7.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8.İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

9.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

10.Müvafiq fəaliyyət növünü həyata keçirməyə icazə verən lisenziya (maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması);

11.İddiaçının analoji işlərdə təcrübəsi, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat;

12.İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla tələb olunan digər sənədləri 02.09.2021-ci il saat 10:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.09.2021-ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13.09.2021-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.