TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Memarlıq və İnşaat Universiteti

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 və 3 saylı tədris binalarının və universitetin həyətində 0.4 kV-lıq elektrik xəttinin cari təmiri” işləri üzrə tender elan edir.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə tender təkliflərini elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarna malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) AZN məbləğində iştirak haqqını aşağıda  göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas Şərtlər toplusunu elektron portaldan (etender.gov.az) əldə edə (əlaqələndirici şəxs: V.R.Ələkbərovdan, Telefon: 538-75-07) bilərlər.

İştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ünvan: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi 11

VÖEN: 1300430721

H/h: AZ36AİİB33070019443307889103

Kapital Bank Yasamal filialı

KOD - 200037,  VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün elektron müraciət;

-tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

-son 1 (bir) il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1(bir) il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 sentyabr 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini 24 sentyabr 2021-ci il saat 15:00-a qədər elektron portala (etender.gov.az) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 27 sentyabr 2021-ci il saat 15:00-da elektron qaydada (etender.gov.az) açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.


Naftalan Şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi mal-materialın alınması üzrə

ELEKTRON AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) Lot üzrə keçirilir:

Lot-1. Mal-materialın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (PORTAL) elektron imzaları vasitəsi ilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərinin Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: Lot-1 – 150 (yüz əlli) manat.

Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:

Təşkilat: Naftalan Şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi

Hesab: AZ54AİİB33010019445600209156

VÖEN: 2800015041

Bank: Kapital Bank ASC-nin Naftalan filialı

Kodu: 200565

VÖEN: 9900003611

Müxbir hesabı:

AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK Aİİ BAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqını təsdiq edən sənəd;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalıdır (müvafiq icra hakimiyyəti orqanının arayışı).

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- malgöndərənlərin (podratçıların) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı).

- Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı və təcrübəsi (oxşar mal-materialların təchizatı və həcmi üzrə uğurla icra edilmiş ən azı 2 (iki) müqavilə olmalıdır.

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.

- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 23 sentyabr 2021-ci il saat 17:00-dək, tender təklifini və bank zəmanətini 01 oktyabr 2021-ci il saat 17:00-dək portal vasitəsi ilə təqdim edilməlidir.

İddiacının təklifləri 04 oktyabr 2021-ci il tarixdə saat 17:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsi ilə aparılır.