TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AzGerneft" MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1: "AzGerneft" MMC tərəfindən "Nasos kompressor boruları" satınalınması:

1. /O 114mm x 7.0 ("E" qrup) - 200.0 ton QOST 633-80

Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər:

Lot-1 üçün 300 (üç yüz) manat

iştirak haqqını "AzGerneft" MMC hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:

"AzGerneft" MMC

Yerləşdiyi ünvan: AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 nömrəli bina

Tel.: 451-36-04; 451-36-05;

Faks : 451-34-90

Email ünvanı: [email protected]

VOEN:9900047091

Bankın adı: ARBB Sabunçu filialı

VOEN: 9900001881

H/h: AZ67IBAZ40010019449957001212

M/h: AZ03NABZ01350100000000002944                                                          

Kod: 805573

SWIFT BIK IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi,7 (əlaqələndirici şəxs: Amal Şirinova. Telefon: +99450 845-62-22, elektron poçt ünvanı: [email protected]) ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha

az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2021-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakcçılarından tələb olunan sənədlər 22 noyabr 2021-ci il saat 17:00-a qədər bir nüsxədə, tender təklifi isə 24 noyabr 2021-ci il saat 11:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 nömrəli ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərin açılışı proseduru 24 noyabr 2021-ci il.

LOT-1 saat 11:15-də;

AZ1037, Bakı, Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağırov küçəsi, 7 nömrəli ünvanda "AzGerneft" MMC zalında keçiriləcəkdir.


328 saylı Hərbi Hissə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusunun predmeti: "Puta hərbi şəhərciyində Hərbi Dəniz Qüvvələrinə məxsus 4 nömrəli yanalma körpüsünün tikintisi" işlərinin satın alınması

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 1700333371

Bank: "Kapital Bank" 1 saylı SƏbail rayon filialı

Bank VÖEN: 9900003611

Müxbir hesab:

AZ37NABZ01350100000000001944

Kod: 200059

SWIFT: AIIBAZ2X

İBAN: AZ11AIIB33070019443500242105

İştirak haqqı 2000 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Malgöndərənin Tenderdə iştiak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi);

- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tender təklifi:

- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı;

- Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- İddaiaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə  texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib  Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 25.10.2021-ci il tarixidə saat 18:00-a qədər təqdim etməlidirlər. Satınalan təşkilatın Ünvanı: Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasına Telefon:(+99412) 4801760 təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 26.10.2021-ci il tarixdə saat 11:00-da təqdim etməlidirlər. Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.