TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Gəncə Dövlət Universiteti 2021-ci il üçün

AÇIQ TENDER ELAN EDIR

Gəncə Dövlət Universitetində 2 ədəd istirahət köşkünün, avtonəqliyyat vasitələri üçün talvarın və sanitar qovşağının tikinti işlərinin satınalınması.

Başlama: 11.11.2021 saat 17:00, bitmə: 10.12.2021 saat 12:00. Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi: 02.12.2021 saat 12:00. Zərflərin açılış tarixi: 13.12.2021 saat 12:00. İştirak haqqı - 100 AZN

Tender iddiaçılarına təklif edilir ki, öz tender təkliflərini etender.gov.az internet portalı vasitəsilə təqdim etsinlər.

Maraqlananlar əsas şərtlər toplusunu iştirak haqqını Asan ödəniş vasitəsilə köçürdükdən sonra yuxarıda adıçəkilən portaldan əldə edə bilərlər. İştirak haqqı geri qaytarılmır.

Əlaqələndirici şəxs: Həsənov Fəxrəddin Şərif oğlu.

Əlaqə nömrəsi: 022 266-01-80

Elektron ünvan: [email protected]


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  "Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

"Bakı Konqres Mərkəzi" MMC-nin çöl ərazisinin təmizlənməsi, yaşıllıq sahələrinə və dekorativ güllərinə qulluq xidmətləri işlərinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: 50 manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra "Asan Ödəniş"lə ödə" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Portalada tələb olunan sənədlər bölməsi üzrə:

1. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (rəsmi blankda (və ya notarial qaydada təsdiq olunmuş) və müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır)

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Maliyyə vəziyyəti haqqında bank arayışı (müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır)

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

5. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (rəsmi blankda (və ya notarial qaydada təsdiq olunmuş) və müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır)

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

7. Nizamnamə (notarial qaydada təsdiq edilmiş).

8. Qeydiyyatdan keçdiyi ölkə

9. Rekvizitlər

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması

11. Şərtlər toplusunda verilmiş Əlavə 3

12. Şərtlər toplusunda verilmiş Əlavə 4

13. Tender prosedurunda iddiaçı tərəfindən əlaqələndirici şəxs haqqında məlumat

2. Portalda texniki meyarlar üzrə:

Portalda texniki bölümündə qiymətləndirməni aparmaq üçün iddiaçı tərəfindən müvafiq sənədlər yüklənməlidir.

3. Maliyyə təklifi bölməsi üzrə:

1. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

2. Tender təklifi əlavə 5 formasında (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 01.12.2021 saat 11:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 09.12.2021 saat 16:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 10.12.2021 saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.