Bildiriş
Reklam və elanlar

Bildiriş

AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS

 "YENİ KLİNİKA" PUBLİK HÜQUQİ ŞƏXSİ

BİLDİRİŞ

29.10.2021-ci il tarixində Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) və "Respublika" qəzetində elan verilmiş "Təsərrüfat mallarının satınalınması" üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tenderin vaxtı uzadılmışdır. Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün təşkilati-hüquqi sənədləri 21 dekabr 2021-ci il saat 17:00-a qədər; tender təklifi və təklifin bank təminatını 29 dekabr 2021-ci il saat 18:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 dekabr 2021-ci il saat 17:00-da açılacaqdır.


"Respublika" qəzetinin 25 sentyabr, 02 oktyabr 2021-ci il tarixli nömrələrində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinin (II mərhələ) satınalınması, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları üçün cihaz və avadanlıqların satınalınması üzrə keçirilmiş açıq tender prosedurlarının nəticələrinə əsasən "AZSANTEXPLAST" Məhdud Məsuliyyətli Cəmiyyəti 921 413,45 manat, "TETRA AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 1 244 900,00 manat məbləğlərində verdikləri qiymət təklifləri ilə qalib elan edilmiş və həmin podratçı şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanılmışdır.