Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 76 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 72 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 351, indiyə qədər isə ümumilikdə 6 milyon 918 min 939 test icra olunub.

AZƏRTAC