İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Taekvondo üzrə milli komandamız üçüncü yeri tutub

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub. Yarışın sonuncu günündə Azərbaycan yığması daha bir medal qazanıb. Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, rəqibinə həlledici döyüşdə 2:1 hesabı ilə məğlub olaraq gümüş medala sahib olub.

Cavad Ağayevdən əvvəl Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

 

Azərbaycan idmançıları MMA üzrə Avropa çempionatında 5 medal qazanıblar

Tbilisidə keçirilən MMA idman növü üzrə Avropa çempionatında Azərbaycan idmançıları 5 medal qazanıblar. 

Yusif Əliyev (56 kq) qızıl, Fərman Həsənov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq), Tahirə Babayeva (61 kq) və Nicat Xankişiyev (56 kq) isə bürünc medala sahib olublar.

 

Üç boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyinin dörddəbir final mərhələsi döyüşlərində millimizin 3 üzvü çıxışını qələbə ilə başa vurub. Nərmin Əlizadə (48 kq) yarımfinalda polşalı Silva Formela ilə üz-üzə gələcək.

Birincilikdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Aynur Mikayılovanın rəqibi ingiltərəli Katerin Pumfri olacaq.

Emili Rzayeva (70 kq) isə  növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.

Yarımfinala vəsiqə qazanan hər 3 boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib.  Millimizin üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".