Azərbaycanın savat millisi beynəlxalq turnirdə ikinci yeri tutub
İdman

Azərbaycanın savat millisi beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycanın savat millisi İtaliyanın Genuya şəhərində keçirilən beynəlxalq turnirdə komanda hesabında ikinci yeri tutub.

"Respublika" xəbər verir ki, yığma 3 qızıl, 1 gümüş medalla buna nail olub.

Beynəlxalq turnirdə qazanılan ümumi medalların sayına görə milli komandamız yalnız ev sahibi İtaliyadan geri qalıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Yasin İbrahimov (56 kiloqram), Məhəmməd Məmmədli (48 kiloqram) və Raul Hüseynzadə (30 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Quliyev (60 kiloqram) isə ikinci yeri tutub.