İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Taekvondoçularımız çempionatda mübarizə aparacaqlar

Oktyabrın 15-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı start götürəcək.

G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Ölkəmiz yarışda 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaqlar.

 

Millimizin heyəti məlum olub

Oktyabrın 17-dən 23-dək İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə millimiz mübarizə aparacaq. Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Qurban Qurbanov (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq), qadınların yarışında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) ölkəmizi təmsil edəcəklər. Yarışın sonuncu günlərində isə sərbəst güləşçilərimiz Tofiq Əliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Kənan Heybətov (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcəklər.

 

Komandamız Avropa birinciliyində iştirak edəcək

Oktyabrın 15-dən 25-dək Albaniyanın Durres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Avropa birinciliyində, ümumilikdə 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

20 yaşadək (U-20) idmançıların yarışında təmsilçilərimiz Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov və Murad Əliyev (hər ikisi 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq), Rəhman Kazımov (109 kq) iştirak edəcəklər. İsa Rüstəmov (67 kq), Füqan Əliyev (81 kq) isə 23 yaşadək (U-23) idmançılar arasında mübarizə aparacaqlar.

 

 Dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

İlk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) yer alıblar. Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləri ilə mübarizə aparacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".