Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 848 nəfər müalicə olunaraq sağalıb, 10 min 96 nəfər vəfat edib. Aktiv xəstə sayı 162 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2185, indiyə qədər isə ümumilikdə 7 milyon 498 min 844 test icra olunub.                           

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 298 doza vaksin vurulub

Fevralın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 298 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 102, ikinci doza vaksinlərin sayı 106, üç və daha çox doza vaksinlərin sayı 68, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 944 min 166, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 808, ikinci mərhələ üzrə 4 milyon 877 min 433, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 575, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 350-dir.