Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir
Digər xəbərlər

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir

Çətin relyefli dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil döyüş texnikası kolonlarının təhlükəsiz fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il martın 1-dən 15-dək Kəlbəcər, Laçın Daşkəsən rayonları istiqamətlərində ümumilikdə 2250 kilometrədək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.