Sağlam  həyat
Maraqlı

Sağlam  həyat

Şirniyyata həddindən çox meyillisinizsə, deməli...

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, şirniyyat məhsullarına həddindən çox meyillilik sağlamlıq problemlərinin xəbərçisidir. Alimlər şirniyyata qarşı həvəsin kəskin şəkildə artmasının mədəaltı vəzi bağırsaqlarla bağlı problemlərin göstəricisi ola biləcəyini söyləyirlər.

Mütəxəssislərin fikrincə, həddindən artıq şirniyyat istəyinin  səbəbi mədəaltı vəzi, bağırsaqlardakı pozğunluqlar, stress mikronutrient çatışmazlığı (bədəndə mikroelementlərin olmamasıilə əlaqəli ola bilər. Digər amillərdən biri isə insulin müqavimətinin olması ola bilər ki, bu da bədən hüceyrələrinin mədəaltı vəzinin hormonu olan insulinə qarşı rezidentliyini göstərir. Belə müqavimətin inkişafı şəkərli diabetə meyilliliyi ifadə edə bilər ki, bu da  qan şəkərinin artmasına səbəb olur.

Yeməkdən sonra qana keçən şəkəri paylayan insulin hüceyrələri qlükozadan məhrum edir - nəticədə onlar "ac qalırlar". Şirniyyat istəyi (yeməkdən sonra belə), süstlük, başgicəllənmə hissi  hüceyrə aclığının əlamətləridir.

Həmçinin şirniyyata qarşı kəskin həvəs bağırsaqlarla bağlı problemlərin, onun mikrobiotasının pozulmasının göstəricisi ola bilər. Adətən bunun tez-tez kandida göbələklərinin böyüməsi kandidozun inkişafı ilə əlaqədar olduğu bildirilir. Şirin bir şey yemək istəyinin başqa bir səbəbi isə vacib mikroelementlərin - daha çox dəmir xrom çatışmazlığını göstərir.

 

Bu cihazlar demans riskini azalda bilər

Bu yaxınlarda aparılan araşdırmanın nəticələri göstərib ki, eşitmə ilə bağlı problemi olan insanların eşitmə cihazından istifadəsi onlarda demans riskini azalda bilər.

Çinin Shandong Universitetinin alimləri eşitmə cihazının taxılmasının demansın inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığını beynin müəyyən bölgələrinin fəaliyyətinə müsbət təsir etdiyini müəyyən ediblər. Onu da qeyd edək ki, elm adamları eşitmə itkisinin beynin çox sürətlə kiçilməsinə səbəb olduğunu düşünürlər.

"The Lancet" jurnalında  dərc olunan araşdırmaya görə, tədqiqatçılar müxtəlif dərəcəli eşitmə itkisi olan yüz minlərlə insanın sağlamlıq məlumatlarını nəzərdən keçiriblər. Nəticələr göstərib ki, eşitmə cihazından istifadə etməyən insanlarda ondan istifadə edənlərlə müqayisədə 12 il ərzində demansın inkişafetmə riski 42 faiz çoxdur.

"Araşdırmamız cihazların eşitmə itkisinin demansa potensial təsirini azaltmaq üçün bu günə qədər olan minimal ən qənaətcil müalicə üsulu ola biləcəyinə dair sübut təqdim edir", - deyə tədqiqatın aparıcı müəllifi, Shandong Universitetinin professoru Dongshan Zhu qeyd edib.

Lakin bununla yanaşı, Çin, Avstraliya, Yaponiya, Texas, Pakistan Böyük Britaniyadan olan beynəlxalq tədqiqat qrupu demansdan qorunmaq üçün eşitmə cihazlarının istifadəsinin faydalı olub-olmayacağının sual altında olduğunu düşünürlər. Bu səbəbdən alimlər  daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.

 

 

Bağırsaqlarımızın "dostu": brokoli

Yeni bir araşdırma zamanı  brokolinin bağırsaq sağlamlığını qoruduğu, həmçinin bir çox xəstəliklərin qarşısını ala bilən super qida olduğu ortaya çıxıb.

ABŞ-ın Penn State Universitetinin alimləri siçanlar üzərində apardıqları təcrübələr zamanı  brokolinin tərkibindəki molekulların nazik bağırsaqların selikli qişasını qorumağa kömək edən reseptorlara müsbət təsir etdiyini  aşkar ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən bitki bağırsaq hüceyrələrinin funksiyasına effektiv təsir edərək onların fəaliyyətini aktivləşdirir.

"Laboratory Research" jurnalında dərc edilən araşdırmaya görə, təcrübə zamanı  siçanların bir qrupu tərkibində 15 faiz brokoli olan pəhriz ilə qidalandırılıb ki, bu da insanlar üçün təxminən üç  fincan rəndələnmiş  tərəvəzə bərabərdir. Nəzarətə alınan digər qrupa aid olan  gəmiricilər isə  tərkibində brokoli olmayan  tipik laboratoriya pəhrizi ilə qidalandırılıb. Nəticədə brokoli ilə qidalanmayan siçanların bağırsaqlarının funksiyasında müəyyən dərəcədə pozğunluq əlamətləri müşahidə olunub

Elm adamları apardıqları araşdırmalar nəticəsində brokoli, kələm Brüssel kələmi kimi kələmçiçəyikimilər fəsiləsindən olan bitkilərin  sağlam pəhrizin bir hissəsi olduğunu onların bir çox xəstəliklərin qarşısını ala biləcəyinə dair sübutlar əldə etdiklərini qeyd ediblər.

 

Qadınlar kişilərdən çox yatmalı imiş...

Amerikalı alimlər eyni vaxtda bir neçə işin öhdəsindən gəlmək zərurəti üzündən qadınların daha çox yorulduğunu sübut ediblər. Məhz bu səbəbdən elm adamları qadınların kişilərdən daha çox yatmalı olduqlarını düşünürlər.

Məlumdur ki, yuxusuzluq insan sağlamlığı üçün çox zərərlidir, bu  iltihab, ürək xəstəlikləri insult ilə əlaqələndirilir. Amerikanın Dyuk Universitetinin  alimləri sübut ediblər ki, qadınlar kişilərə nisbətən yuxuya daha çox ehtiyac duyurlar. Elm adamlarının fikrincəailənin bütün yükü zərif cinsin nümayəndələrinin üzərinə düşür ki, bu da onlarda eyni anda bir neçə işin öhdəsindən gələ bilmək zərurəti yaradır.

Məlumdur ki, bir çox funksiyanı eyni anda yerinə yetirəndə beyin daha çox yüklənir. Bu da öz növbəsində daha uzun bərpa ehtiyacı yaradır.

Çünki yuxunun əsas vəzifəsi məhz beynin bərpası onun "təmiri"dir. Bu səbəbdən alimlər  qadınların kifayət qədər yatmalı olduğunu düşünürlər.

"Yuxusuzluq qadın orqanizmində elə güclü iltihabi proseslərə səbəb olur ki, yuxusuz qalan xanımlar bəzən səhərlər eyni saatda oyanırfiziki ağrılar yaşayırlar. Bundan əlavə, az yuxu qadınları əsəbi depressiyaya meyilli edir. Əgər qadın gecələr kifayət qədər (7-8 saat) yatmırsa, o zaman gün ərzində yuxuya getməyə vaxt tapmalıdır. Ancaq 90 dəqiqədən çox deyil. Çünki həddindən artıq gündüz yuxusu  da bir fayda vermir", - deyə tədqiqat müəllifi, yuxu mütəxəssisi doktor Maykl Breus qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".