"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
BİLDİRİŞ
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Lot 1: "Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində stansiyalar daxil olmaqla mövcud kontakt şəbəkənin yenilənməsinin tamamlanması işləri, Ucar və Bakı arasında rabitə-işarəvermə sisteminin layihələndirilməsi və yenidən qurulması" və Lot 2: "Biləcəri-Yalama dəmir yolu xəttində enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması işləri"nin satın alınması üzrə məhdud iştiraklı tender metodu tətbiq edilməklə 05.03.2020-ci il tarixində keçirilmiş satınalma müsabiqəsinin davamından "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən imtina olunmuş və satınalma müsabiqəsi baş tutmamış hesab edilmişdir.
Əlaqələndirici şəxs: Tender Komissiyasının katibi Tayfun Qüdrətli; tel: (+994 12) 499-48-71