Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Indan
Məktublar

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Indan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri