TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi "Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər xüsusu tibbi sərf materialları"nın satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir: "Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər xüsusu tibbi sərf materialları"nın satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təklifi, təklifin bank təminatı qiymət cədvəlini 1 ədəd "Əsli" 1 ədəd "Surəti" olmaqla ikiqat bağlı zərfdə hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənmiş şəkildə yazılı surətdə 06 iyul 2023- il, saat 10:00-a qədər (Az1122, Bakı şəhəri, H.Zərdabi küçəsi 317 (köhnə 79 "B"), Milli Onkologiya Mərkəzi, Cərrahiyyə korpusu 1-ci mərtəbə) tender komissiyasına təqdim etsinlər (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender prosedurunun başlanması təklif zərflərinin açılışı 07 iyul 2023- il saat 10:00-da.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 3000,0 (üç min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər (əlaqə telefon: (012)-431-24-63, elektron ünvan: onkoloji.merkez@mail.ru).

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000003003944

S.W.I.F.T. BIK CTREAZ 22

Milli Onkologiya Mərkəzi

İBAN: AZ74CTRE00000000000004448470

VÖEN: 1300597461

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsi haqqında bank sənədi;

-Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

-Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti rekvizitləri).

-Öz əmlakından sərbəst məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

-Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

-Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə texniki maliyyə imkanlarının olması.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi təklifin bank təminatı istisna olmaqla) tender prosedurunun başlanmasından 7 (yeddi) bank günü əvvəl (22 iyun 2023- il saat 10:00-a qədər) Milli Onkologiya Mərkəzinin (Az1122, Bakı şəhəri, H.Zərdabi küçəsi 317 (köhnə 79 "B"), Cərrahiyyə korpusu 1-ci mərtəbə) tender komissiyasına təqdim etməlidirlər (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunmuş tender təklifləri tender komissiyası tərəfindən qəbul olunmur açılmadan geri qaytarılır.

İddiaçı ya onun notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurunun açılışında iştirak edə bilər.

 

Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi biletlərin hazırlanmasına dair mətbəə-çap işlərinin satınalınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə bütün sənədləri müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər təkliflər qəbul olunmayacaqdır. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri vasitəsilə portala daxil olmaqla müsabiqədə iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif sorğular nəzərə alınmayacaqdır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Portal tərəfindən müəyyən edilmiş məbləğdə iştirak haqqını müvafiq hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə ala müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə bank rekvizitləri

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5. Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

9. Podratçının müəyyən etdiyi digər sənədlər

10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar

11. Tələb olunan arayışlar tender elanı dərc olunan tarixdən sonrakı tarixə alınmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.06.2023- il saat 11:00 tarixə qədər tender təklifi ilə bank təminatı sənədlərini 05.07.2023- il saat 11:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.07.2023- il saat 11:00 tarixdə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.