Aprelin 4-də Azərbaycanda COVID-19 infeksiyasına 85 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Aprelin 4-də Azərbaycanda COVID-19 infeksiyasına 85 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 85 yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 955 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 310 nəfər müalicə olunaraq sağalıb, 10 min 189 nəfər vəfat edib. Aktiv xəstə sayı 456 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1353, indiyə qədər isə ümumilikdə 7 milyon 562 min 699 test icra olunub.          

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 828 doza vaksin vurulub

Aprelin 4- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 828 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 751, ikinci doza vaksinlərin sayı 25, üç daha çox doza vaksinlərin sayı 31, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 21-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 956 min 416, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 234, ikinci mərhələ üzrə 4 milyon 880 min 90, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 106, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 986-dır.