Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1539 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.32-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.32. müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada monitorinq keçirir, müayinə və texniki xidmətlə bağlı qanunla müəyyən edilmiş tələblərə riayət edilmədiyini aşkar etdikdə, icrası məcburi olan göstərişlər verir;”.

2. Bu Fərman 2022-ci il mayın 1-dən qüvvəyə minir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 aprel 2022-ci il