“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Digər xəbərlər

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" Bursada Düsen Kaseinova təqdim olunub

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" Türkiyənin Bursa şəhərində TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinova təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ali mükafatı sabiq Baş katibə TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən fövqəladə iclası çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 mart 2022-ci il tarixli Sərəncamı ilə TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Düsen Kurabay oğlu Kaseinov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

AZƏRTAC