Azərbaycanda COVİD-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 6 milyonu ötüb
Səhiyyə

Azərbaycanda COVİD-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 6 milyonu ötüb

Avqustun 20-də Azərbaycanda 54 min 455 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 46, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 409 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 45 min 471, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 617 min 203, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 428 min 268 nəfər təşkil edir.

AZƏRTAC