Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773-dür
Səhiyyə

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773-dür

Martın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 27 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı - 5, üç və daha çox doza vaksinlərin sayı - 20, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 1-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 314 min 247, ikinci mərhələ üzrə 4 milyon 803 min 747, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 687, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 219 min 92-dir.

AZƏRTAC