Azərbaycanda koronavirus infeksiyasına 3322 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 3322 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 3322 yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 min 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 min 174 nəfər müalicə olunaraq sağalıb, 5 min 188 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 813 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 7, bu günə qədər isə ümumilikdə 4 milyon 235 min 141 test icra olunub.

AZƏRTAC