Azərbaycanda mühəndis elitasının, insan kapitalının formalaşdırılmasının əsası
MÜSAHİBƏLƏR

Azərbaycanda mühəndis elitasının, insan kapitalının formalaşdırılmasının əsası

Təhsil bizi bu gün hələ mövcud olmayan, gələcək həyata hazırlayır. Sürətlə dəyişən müasir dünyada, sabahkı çağırışlara hazır olmaq üçün gələcək nəslə necə təhsil verilməsi böyük önəm kəsb edir. Odur ki, təhsil siyasəti uzaqgörənliklə aparılmalıdır. Necə ki, bunu ötən əsrin 70-80-ci illərində Azərbaycanın ümummilli lideri Heydər Əliyev etmişdi. Ulu öndər minlərlə azərbaycanlı gəncin yüksək səviyyəli təhsil almasını təmin etmiş, onlar isə sonrakı illərdə Azərbaycan xalqının milli oyanışına, respublikanın suverenlik qazanmasına müstəqilliyinin güclənməsinə mühüm töhfə vermiş hazırda da bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Ulu öndərin 100 illik yubileyi ərəfəsində onun keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərdiyi gənclərdən biri olan, hazırda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ilə görüşüb söhbət etmişik. Onunla müsahibəni təqdim edirik:

Ulu öndər 15000-dən artıq azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərində ali təhsil almasına nail olmuşdur. Azərbaycanın hüdudlarından kənarda ali təhsil almaq üçün göndərilmiş gənclərdən biri siz idiniz. Azərbaycanlıların respublikanın hüdudlarından kənarda təhsil almasının əhəmiyyəti nədən ibarət idi?

Öncə onu deyim ki, bugünkü müasir, modern Azərbaycanın müəllifi olan dahi liderimiz Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu müsahibəyə görə təşəkkürümü bildirirəm. Ulu öndərin Azərbaycanın elm, təhsil, sənaye, o cümlədən neft sənayesi sahəsində gördüyü işlər misilsizdir Azərbaycanın müstəqilliyini təmin etməkdən ötrü ardıcıl atdığı addımlardır ki, bu gün onun bəhrəsini görürük. Ulu öndərin ötən əsrin 70-80-ci illərində, eləcə respublikaya ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ali təhsil sahəsində aparılmış islahatlar sonrakı illərdə Azərbaycanda elm təhsilin gələcək taleyini müəyyənləşdirdi.

1969-cu ildə respublika rəhbərliyinə seçilmiş Heydər Əliyev dövlət idarəçiliyində mühüm yeniliklər etdi, yeni zavod fabriklərin qurulması işə salınması sayəsində ölkədə mühüm sənaye infrastrukturu yaradıldı. Həmin illərdə ölkədə 800 yeni orta məktəb açıldı, bir o qədər məktəb təmir olundu. Respublikada 5 yeni ali məktəbin açılması isə ümumiyyətlə ağlasığmaz uğur idi, çünki böyük cəsarət tələb edirdi. Paralel olaraq 1969-1982-ci illərdə 15 mindən artıq Azərbaycan gənci Rusiyada, Belorusda, Sovetlər İttifaqının ayrı-ayrı respublikalarının ən aparıcı 178 universitetinə göndərildi. Onlar həmin universitetlərdə çox yüksək ali təhsil aldılar elə ixtisaslara göndərilirdilər ki, o ixtisaslar yalnız Moskvada, Kiyevdə, yaxud da Sankt-Peterburqda idi.

İndi söyləmək asan gəlir. Amma o dövrün 250-dək ən müasir ixtisasa yiyələnmək üçün azərbaycanlı gənclərin ali təhsil almasını təmin etmək mürəkkəb məsələ idi. 1970-ci ilədək keçmiş SSRİ-nin mərkəzi şəhərlərində təhsil almaq üçün Azərbaycana cəmi 50 yer ayrılırdı. Bu, müsabiqədənkənar qəbul idi. 1982-ci ildə isə həmin rəqəm 1200 nəfərədək yüksəlmişdi. Mühüm məqam həm Azərbaycandan kənara ali təhsil almağa göndərilən tələbələrin etnik tərkibi idi - ali məktəblərə təhsil almaq üçün göndərilən gənclərin milli tərkibində azərbaycanlıların sayı 1970-ci ildə 40 faiz təşkil edirdisə, 1980-ci illərin əvvəllərində 97,6 faizə yüksəlmişdi.

Heydər Əliyev minlərlə azərbaycanlı gəncin Moskva, Sankt-Peterburq, Kiyev, Minsk başqa şəhərlərə yeni ixtisaslar - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya, geokimya s. üzrə ali təhsil almasına çalışırdı. Mənim Kiyev Politexnik İnstitutunda qəbul olduğum metallar fizikası ixtisası da dövrün ən müasir böyük tələbat olan ixtisaslarından biri idi. Bu ixtisas üzrə bütün SSRİ üzrə cəmi 100 yer vardı. Metallar fizikası üzrə mütəxəssis materialşünaslıqdan nanotexnologiyalara, aviasiyadan tutmuş nüvə tədqiqatlarınadək geniş spektr üzrə çalışa bilərdi. Respublikadan kənarda ali təhsil alacaq tələbələrin ixtisas seçiminə nəzər saldıqda əslində ulu öndərin ölkənin gələcəyinə hesablanmış mühüm siyasət yeritdiyini sezmək olurdu.

Ulu öndər xaricdə təhsil almağa gedən tələbələrlə şəxsən görüşürdü. Bu görüşlər avqust ayına təsadüf edirdi bir ənənə halı almışdı. O, bu görüşlərdə hər bir çıxışı diqqətlə dinləyir, tələbələrin arzu təkliflərinə qulaq asır, təhsilləri, hətta şəxsi həyatları ilə maraqlanır, öz nəsihət tövsiyələrini verirdi. 1982-ci ildə Moskvada çalışmağa başladıqda belə ulu öndər respublika gənclərini unutmamış, işinin məsul gərgin olmasına baxmayaraq, onlarla müntəzəm görüşməyə vaxt tapırdı.

Çox xoşbəxtəm ki, 1983- ildə belə bir görüşdə mən iştirak etmiş, onun xeyir-duasını almışdım. Onun biz gənclərin önündə söylədiyi nitq hələ xatirimdədir. O zaman həmin nitq bizim üçün təhsil alacağımız müddətdə sanki bir fəaliyyət proqramı idi. Kiyevdə təhsil aldığım müddət ərzində bizim üçün yaradılan şərait, müəllimlərin tədrisimizə göstərdiyi məsuliyyətdə ulu öndərin bizə olan dəstəyini daim hiss edirdik. Bizi o zaman "Heydər Əliyevin övladları" adlandırırdılar. Bu ifadə bizdə məsuliyyəti daha da artırırdı. Çünki biz təhsil aldığımız respublikada doğma Azərbaycanımızla yanaşı, dahi bir insanı da təmsil edirdik.

Ulu öndərin xaricdə təhsil almaq üçün göndərdiyi gənclər yüksək səviyyəli mütəxəssislər kimi formalaşaraq çox keçmədən suverenliyini elan etmiş müstəqil Azərbaycan Respublikasının inkişafına güclənməsinə öz töhfələrini verməyə başladılar

Əslində, 1991-ci ildə müstəqilliyini elan edəcək Azərbaycan üçün kadr potensialı formalaşdırılmışdı. Lakin SSRİ-nin süqutunun yaratdığı fəsadlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi onun nəticəsində verdiyimiz itkilər, respublikanı çox mürəkkəb vəziyyətə salmışdı. 1993- ildə Heydər Əliyevi xilaskar kimi görən xalq onu prezident seçdi. Ulu öndər faktiki olaraq müharibə şəraitində olan, torpaqları işğal edilmiş, vətəndaş müharibəsi təhlükəsi qarşısında dayanan, iqtisadi tənəzzül yaşayan, təhsil sistemi dağılmış, mədəni həyatı deqradasiyaya uğramış bir ölkənin rəhbəri seçilmişdi.

Düz qeyd edirsiniz. Ulu öndər ölkəni elə bir vəziyyətdə qəbul etdi ki, burada nəyisə dəyişmək çox çətin idi. SSRİ-dən qalan vardısa, hamısı dağılmışdı. Ölkənin suverenliyi, insanların ən adi ehtiyaclarının ödənməsi kimi problemlər özünün təcili həllini gözləyirdi. Elm təhsilin dirçəldilməsi üçün maliyyə tələb olunurdu. Respublikanın maliyyə baxımından çətin durumda olmasına baxmayaraq, ulu öndərin tapşırığı ilə dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı, müəllimlərin maaşı isə mütəmadi olaraq artırılırdı. 1994- ildə "Əsrin müqaviləsi"nin imzalanması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması iqtisadi yüksəlişin başlanması ilə elm təhsil, mədəniyyət sosial sahəyə diqqət daha da artırıldı. 1998-ci ildə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması, Müəllimlərin I Qurultayınıın keçirilməsi, Respublika Təhsil Şurasının  fəaliyyətə başlaması "Təhsil haqqında Qanun"un üzərində işə start verilməsində məqsəd Azərbayanda təhsil sistemini dünya standartlarına çatdırmaq idi. "Əsrin müqaviləsi"nin imzalanması respublikada həmçinin ali təhsilli mühəndis elitasının, insan kapitalının formalaşdırılmasının əsasını qoydu. O dövrdə təhsilə, elmə, müəllimə göstərilən hörmət bizim 2020-ci ildə Vətən müharibəmizdə qələbə qazanmağımıza böyük təkan verdi.

Ulu öndərin gərgin əməyi səyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik yarandı, iqtisadi dirçəliş ordu quruculuğu başlandı, həyatın ayrı-ayrı sahələrində inkişaf tendensiyası geriyədönməz xarakter aldı. Təhsil sahəsində hansı mühüm addımlar atıldı?

Ulu öndər müasir Azərbaycan Respublikas

ının memarıdır, elə bir sahə yoxdur ki, həmin sahədə inkişaf onun adı ilə bağlı olmasın. Ancaq mənim düşüncəmə görə, Heydər Əliyevin Azərbaycana ən böyük töhfəsi cənab Prezident İlham Əliyev kimi bir şəxsiyyətin yetişdirilməsidir. Siyasətdə davamlılıq, ardıcıllıq olmasaydı, Azərbaycan bugünkü uğurlarını qazana bilməzdi. Faktiki olaraq, eyni siyasi kursun davam etdirilməsi zamana uyğun bunun korrektə olunması, inkişaf etdirilməsi sırf cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndərin gördüyü işlər 2003- ildən sonrakı dövr üçün zəmin yaratsa da, fundamental işləri yalnız cənab Prezident özü bilirdi. Növbəti illərdə əsası ulu öndər tərəfindən qoyulan layihələrdən böyük gəlirlərin daxil olması sayəsində təhsil, o cümlədən ali təhsil sahəsində genişmiqyaslı işlər görülməyə başlandı. Ölkə başçısının təhsillə bağlı mühüm Sərəncam fərmanlar imzalamasının, dövlət proqramlarının qəbul edilməsinin, ölkədə yeni, müasir tipli ali məktəblərin - ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Fransız-Azərbaycan Universitetinin (UFAZ) qurulmasının şahidi olduq. Bütün bu işlərin hamısı bu günümüzə işıq salır. Mən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul edilməsini xüsusi qeyd etmək istərdim. Bu, həmin dövr üçün unikal bir qərar idi. Cənab Prezidentin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı qəbul etdiyi bu qərarla 3500-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil aldılar. Onların böyük əksəriyyəti Azərbaycana qayıtdı bu gün öz ixtisasları üzrə Azərbaycanın iqtisadiyyatına öz töhfələrini verirlər. Proqramın icrası çox ciddi analiz olundu sonra daha iki Dövlət Proqramı qəbul edildi. Onlardan biri - "2019-2023- illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na görə iki böyük istiqamət müəyyənləşdirilmişdi. Birinci istiqamət 5 sahə üzrə ikili diplom proqramlarının təsis olunmasını nəzərdə tuturdu. Onlardan  dördü artıq təsis olunub, biri bu yaxınlarda təsis olunacaq. İkinci istiqamət isə Azərbaycan gənclərinin təhsilinin sonuncu - doktorantura pilləsi üzrə xarici universitetlərə təhsil almağa tədqiqat işləri aparmağa göndərilməsi  qazandıqları təcrübəni Azərbaycanın elm təhsilinin inkişafı üçün bölüşməsini nəzərdə tuturdu. Həmin proqramdan bizim universitet yararlanır, bu günədək 20-dək  tələbə qeyd edilən proqram üzrə ya təhsil alır, ya da təhsilə göndərilir. Bu il həmin proqram bitir, yəqin ki, Elm Təhsil Nazirliyi proqramın davam etdirilməsi üçün müəyyən tədbirlər görəcək. İkinci proqram isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təkmilləşdirilmiş formasıdır. Yeni, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026- illər üçün Dövlət Proqramı" ildə 400 Azərbaycan gəncinin bakalavr magistratura səviyyəsində xaricə təhsil almağa göndərilməsini özündə ehtiva edir. Onu da qeyd edim ki, bu Dövlət Proqramı xaricə təhsil almağa göndərilən tələbələrin 80%-nin magistratura təhsili almasını nəzərdə tutur. Bu, çox önəmli məqamdır, eyni zamanda bu Proqramda ixtisaslara limitlər qoyulub, yəni ölkə üçün əsas prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının bu şərti həm ondan xəbər verir ki, aparılan islahatlar sayəsində hazırda Azərbaycanda bakalavr təhsili dünyada olan bakalavr təhsilinə çox yaxındır, hətta deyərdim ki, bərabərdir, ona görə bakalavr səviyyəsində tələbənin xaricə göndərilməsinə lüzum görülmür.

Ölkəmizdə bütövlükdə ali təhsilin səviyyəsinin yüksəldiyi, sizin qeyd etdiyiniz kimi, bir faktdır. Amma Azərbaycan ali təhsilinin imicinin müsbətə doğru dəyişməsində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin töhfəsinin olduğu bir gerçəklikdir. Bu gün ADNSU ölkədə mühəndis təhsili üzrə ixtisaslaşmış, zəngin ənənələrə malik bir ali məktəb kimi qarşıya qoyulan hədəflərə çatıbmı?

–2015-ci ildə cənab Prezidentimizin Sərəncamı ilə universitetimizin adı Azərbaycan Dövlət Neft Akademiyasından Azərbaycan Dövlət Neft Sənaye Universitetinə dəyişdirilərkən, əlbəttə ki, ali məktəbda islahatların aparılması, onun postneft dövrünə hazırlanması gələcək çağırışlara adaptasiya olunması qarşıya məqsəd kimi qoyulmuşdu. Aradan ötən 7 ildən bir qədər artıq müddət ərzində universitet kollektivi çox ciddi işlər görüb. Hədəfimizə çatmaq üçün biz bir neçə istiqamət üzrə apardıq. İlk istiqamət qərbin təhsil metodologiyasını universitetə gətirmək, ikinci istiqamət elmi tədqiqatların inkişafına nail olmaq, onların dünyəviləşməsini təmin etmək idi. Bunun üçün laboratoriyaların kitabxananın yenidən qurulmasını həyata keçirdik. Ancaq laboratoriyaları sadəcə yenidən qurmaq xatirinə deyil, Azərbaycanın prioritet tədqiqat sahələri, milli sənaye iqtisadiyyatın prioritetlərinə xidmət edəcək şəkildə qurmağa başladıq. Bu bizə tədqiqat işlərinin dünyanın aparıcı nəşrləri - "Scopus", "Web of Science" kimi  elmi-metrik bazalarda dərc olunmasına, beynəlxalq səviyyəli konfransların təşkil edilməsinə, universitetdə elmi jurnalların sayının artırılmasına imkan yaratdı. Üçüncü istiqamət, əlbəttə ki, universitetin beynəlmiləlləşməsi ilə bağlıdır. Universitet ancaq beynəlxalq kooperasiyada öz inkişafını təmin edə bilər. Yeni təşkilatlarla əlaqələr quruldu, yaxud da ki, üzvü olduğu təşkilatlarda aktivliyini artırdı. Burada məqsəd universitetə beynəlxalq layihələrin gətirilməsi, tədris olunan ixtisasların akkreditasiya olunması bizim diplomların dünyada tanınmasına nail olunması, universitetin reytinqinin beynəlxalq reytinq agentlikləri tərəfindən qeydə alınması idi. Bu gün ADNSU beynəlxalq akkreditasiyadan keçmiş ixtisasların sayına görə Azərbaycanda liderdir - 18 ixtisasımız beynəlxalq akkreditasiyadan keçib. Son 7 ildə ali təhsil almaq üçün universitetimizi seçən tələbələrin sayı xeyli artıb - əgər 2015/2016- tədris ilində ADNSU-da 7300 tələbə təhsil alırdısa, indi onların sayı 17500 nəfərdən artıqdır. Onu da qeyd etmək istərdim ki, kəmiyyət dəyişikliyi ilə yanaşı, keyfiyyət dəyişikliyi baş verib - universitetimizə ümumi orta keçid balı 420-nin üzərindədir. Son bir ildə "Scopus", "Web of Science" kimi elmi-metrik bazalarda dərc olunan məqalələrin sayı 350-dən artıqdır, universitetdə bir neçə elmi jurnal dərc olunur onlar beynəlxalq nəşriyyat bazalarında qeydiyyata düşüblər. Əsas hədəfimiz dünya reytinqində minliyə düşməkdir, biz nikbinik yəqin ki, yaxın vaxtlarda bu hədəfə çatacağıq.

Koronavirus pandemiyası həyatın bütün sahələrinə təsir göstərdiyi kimi, təhsil sektoruna da təsirsiz ötüşməyib bəlkə pandemiya olmasa idi, dünya reytinqinə düşmək hədəfi gerçəkləşərdi. Çünki bir müddət əvvəl KİV-lərdə ADNSU-nun adı dünya reytinqlərinə düşəcək ali məktəblər arasında qeyd olunmuşdu.

Dünyada elmin mahiyyəti kəskin dərəcədə ön plana çıxıb. XVIII əsrin sonlarında buxar maşınının icad olunması ilə birinci sənaye inqilabı baş vermişdi. İkinci sənaye inqilabının baş verməsi üçün 150 il vaxt tələb olundu. İkinci sənaye inqilabı XX əsrin əvvəllərində baş verib elektrik enerjisinin insan həyatında rolunun artması ilə bağlı idi. 3- sənaye inqilabı təxminən XX əsrin 70-ci illərinə - kompüterin tətbiqi dövrünə təsadüf edir. Görürsünüz ki, məsafələr getdikcə daralır. 4- sənaye inqilabı ifadəsinə isə artıq 2011-2014- illərdə rast gəlinirdi. Müasir dövrdə insanın həyatında elmin nəticələri faktiki olaraq 75-80 faiz təsir gücünə malikdir. Nümunə üçün qeyd edim ki, I sənaye inqilabı dövründə təhsildə elmin tutumu 5-10 faiz təşkil edirdi. İndiki dövrdə biz müasir elmi nəticələri təhsildə tələbəyə çatdırmalıyıq ki, o, informasiya dünyasında  öz həyata baxışını elmi əsaslarla formalaşdıra bilsin. Əgər tədqiqat aparılmırsa, tələbəyə təhsil verən insanlar laboratoriyada aktiv tədqiqatla məşğul deyilsə, sırf bugünkü mənbələrdən tələbəyə tədris aparırsa, o təhsil alan tələbələr sabahkı dünyanın çağırışlarına cavab verə bilməyəcəklər.

ADNSU-da elmi-tədqiqat işlərinin artması ona beynəlxalq elmi layihələrdə uğur əldə etməsi üçün kimi imkanlar yaradır?

Beynəlxalq elmi layihələrdə qalib gəlmək o qədər asan məsələ deyil. İki tip beynəlxalq elmi layihə vardır. Birincisi, elmi tədris layihələridir, bunlar Erasmus+ layihələridir. Orada Şərq tərəfdaşlığı Proqramı çərçivəsində Şərqi Avropa ölkələri ilə bağlı müəyyən kvotalar var. Onların qalibi yaxud iştirakçısı olmaq nisbətən asandır. Bizim hazırda 5 belə layihəmiz var biz onları uğurla davam etdiririk. Ancaq bizim üçün ən vacib olanı HORİZON layihələridir, bunlar sırf elmi layihələrdir. HORİZON proqramının ümumi büdcəsi 70 milyard avronun üzərindədir. Azərbaycan Avropa Birliyində donor qismində iştirak etmədiyinə görə, biz bu proqram çərçivəsində layihənin koordinatoru kimi çıxış edə bilmirik, ancaq iştirakçı ola bilərik. İştirakçı qismində həmin layihələrə dəvət olunmaq üçün müəyyən uğurlar qazanmaq lazımdır. Qərbi Makedoniya Universiteti bizə koordinatoru olduğu bir layihə ilə bağlı müraciət etdi. Bilirsiniz ki, bizim HPC mərkəzimiz var. Həmin mərkəz dünyada ən yaxşı mərkəzlərdən biridir. Onlar bizə həmin mərkəzin elmi texniki potensialından istifadə etməklə bağlı müraciət etdilər. Biz onlara nümunə kimi bir tətbiq təqdim etdik, öz bilik bacarığımızı avropalı tərəfdaşlara göstərdik. Onlar bizim işi bəyəndilər sonra Azərbaycana gəldilər, universitetlə tanış oldular. Nəticədə onlar bizi operatoru olduqları layihəyə dəvət etdilər. Əməkdaşlığımızın ümumi həcmi təqribən 100 min avrodur. Hazırda Qərbi Makedoniya Universitetinin 24 ədəd HORİZON layihəsi var. Biz layihələrin birinə qoşulmuşuq. Düşünürəm ki, bizim həm texniki, həm elmi potensialımız, eləcə ölkəmizin Avropa Birliyi ilə imzalanması gözlənilən tərəfdaşlıq müqaviləsi bizim HORİZON layihələrində iştirakımızı asanlaşdıracaq.

Ötən il Təhsil Nazirliyinin bazasında Elm Təhsil Nazirliyinin yaradılması Azərbaycanda ali təhsilə elmin inkişafına kimi töhfə verəcək?

Bu çox zamanında atılmış addımdır. Elm Təhsil Nazirliyi çox ölkələrdə, o cümlədən postsovet ölkələrinin hamısında var. Ancaq nazirliyin adında birinci "elm" sözünün gəlməsi çox az-az ölkələrdədir. Bu o deməkdir ki, ölkəmizdə əsas vurğu elmə edilir. Bildiyimiz kimi, elmi-tədqiqat institutlarının, əsasən texniki-texnoloji sahələri əhatə edən 24 institutun Elm Təhsil Nazirliyinin balansına verilməsi elmi tədqiqatların ali təhsilə töhfəsinin artırılmasına, gənclərin tədqiqat işlərini daha köklü elmi məktəblərdə aparmasına şərait yaradacaq. Düşünürəm ki, bu, ali məktəblərlə elmi-tədiqat institutları arasında müştərək layihələrin həyata keçirilməsinə, dərclərin keyfiyyətinin artırılmasına, daha elmtutumlu işləri olan professor-müəllimlərin, tədqiqatçıların ali təhsildə tədrisə cəlb olunmasına töhfə verəcək. Hazırda bu istiqamətdə ilk addımlar atılır, strukturlaşma işləri aparılır. Biz öz profilimizə uyğun bir neçə tədqiqat institutları ilə əvvəllər olan əlaqələrimizi inkişaf etdirir, daha sıx əməkdaşlıq edir, universitetin kafedralarının filiallarının yaradılması, müştərək mövzular üzrə tədqiqatların artırılması, gənclərimizin magistratura doktorantura dissertasiyalarının laboratoriyalarda yerinə yetirilməsini həyata keçiririk. Bir çox hallarda birgə müştərək qrantlar əldə edirik. Hətta Azərbaycanda Elm Fonduna bizim sonuncu qazandığımız 3 qrantdan 2-si müştərək qrantdır. Elmdə tək bir institutun, yaxud da universitetin uğur qazanması çox çətindir. Buna görə düşünürəm ki, biz bütün, laboratoriya, avadanlıq imkanlarımızı birləşdirsək daha yaxşı nəticələr qazana bilərik. Elm Təhsil Nazirliyi tərəfindən elmi-texniki avadanlıqların daha səmərəli istifadə olunması ilə bağlı mərkəzləşdirilmiş işlərin həyata keçirilməsi, universitetlərlə tədqiqat institutları arasında birgə fəaliyyətin təmin olunmasından sonra indeksləmədə dərclənmədə ciddi artımın şahidi olacağıq. Ən əsası da, bu dərclərin artması ilə biz universitetlərin daha sürətlə reytinqlərə düşməsinin şahidi olacağıq.

Məlumdur ki, 2023- ilin əvvəlindən başlayaraq ali məktəblərin akkreditasiyası ilə bağlı işlər aparılır. ADNSU-da bu sahədə vəziyyət yerdədir?

Akkreditasiya bizim işimizin tərkib hissəsidir. Biz universitet olaraq artıq 18 ixtisasımızı beynəlxalq akkreditədən keçirmişik. Onlardan eləsi var ki, birbaşa 5 illik akkreditə almışıq. Əsasən iki təşkilatla - FİBAA ASIIN - işləyirik bu, ödənişli xidmətdirAkkreditə olunmuş 18 ixtisasdan 10-u bakalavr, 8-i magistr ixtisaslarıdır. ADNSU bakalavr səviyyəsində 30 ixtisas üzrə təhsil verir onlardan 10-nu akkreditə etmişik, magistraturada da 8-ni akkreditə etmişik proses davam edir. Daha 10 ixtisasın - bakalavriatura üzrə 7, magistratura üzrə 3 ixtisasın akkreditə olunmasına çalışırıq. Bu uzun prosesdir, ümid edirəm ki, 2 ilə daha 10 ixtisasın akkreditasiyasını həyata keçirə biləcəyik. Ondan sonra bəlkə biz artıq beynəlxalq institusional akkreditasiyaya baş vura bilərik.

Son illərdə elmlərin inteqrasiyasının şahidi oluruq. ADNSU IV Sənaye inqilabının çağırışlarına uyğun olaraq gedən bu inteqrasiya prosesləri fonunda tədrisi həyata keçirməyə hazırdırmı?

Tamamilə haqlısınız ki, artıq ixtisaslar arasında sərhəd götürülür faktiki olaraq hazırda interdissiplinar bir sahəyə qədəm qoymuşuq. Ümumiləşdirilmiş yer elmləri, ümumiləşdirilmiş İT deyilir. Faktiki olaraq bütün ixtisasların içərisində tətbiqi riyaziyyat, süni intellekt, mexanika, energetika, proqram klasteri var. Ona görə bu dəqiqə desək ki, energetika sırf energetikadır, düz olmayacaq. Energetikanın 30-40%-i İT ilə bağlı olan sistemlərdir. Burada süni intellekt, idarəetmə, bütövlükdə İT vardır. Ona görə universitetdə bu sahəni inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Ən hazırlıqlı gənclər hazırda həmin ixtisaslara qəbul olur. Biz faktiki olaraq bütün ixtisaslarda İT biliyi verməyə çalışırıq. Bizim üçün vacib deyil ki, bu İTİF tələbəsi olsun. Biz geoloqa da, geofizikə , neft-qaz mütəxəssisinə , kimyaçıya da bu bilikləri vermək məcburiyyətindəyik. Ona görə onlara öz fənləri ilə paralel olaraq ya seçməli fənlər bloku, yaxud da dərsdənkənar qrup şəklində müəyyən proqramlaşdırma, yaxud İT kurslarını verməyə başlamışıq. Bu da tələbələr tərəfindən çox müsbət qarşılanırParalel olaraq da biz layihə menecmenti istiqamətini bu gün universitetə gətirmişik. Artıq universitetdə layihə menecmentinin tədrisinə tələbələrə layiq olduqları təqdirdə beynəlxalq dərəcəli sertifikatların verilməsini düşünürük. Çünki layihə menecmenti yetişdirməsən, Avropada layihə qazanmaq qeyri-mümkündür. Hazırda ADNSU-da əsas 3 klaster var. Dil, İT bilikləri layihə menecmenti. Bunun 3-nün bir yerdə tələbələrə verilməsi faktiki olaraq gələcəkdə startapların meydana gəlməsinə şərait yaradacaq. Startaplar da ən rahat yolla tələbənin bilik bacarığının səriştəsindən istifadə etməklə kiçik orta sahibkarlığı inkişaf etdirməyə gətirib çıxarmalıdır.

Hazırda çox sayda gənclərin doktorantura təhsili almaq üçün xarici ölkələrə üz tutmasını müşahidə edirik. Bu prosesi necə dəyərləndirirsiniz?

Hər il ADNSU-nun onlarla bakalavr magistr məzunu təhsillərini davam etdirmək elmi-tədqiqatlarla məşğul olmaq məqsədilə xarici ölkələrə üz tutur. Əvvəllər, ən yaxşıları itirdiyimizi düşünür bu məni məyus edirdi. Digər tərəfdən, bu hal məni sevindirir. Deməli, ADNSU elə təhsil verə bilir ki, Azərbaycan gənci bu baza ilə gedib xaricdə təhsilini davam etdirə bilir. Sizin sualınıza gəlincə, qeyd etmək istərdim ki, biz universitet olaraq bu məsələdə qarşımıza iki istiqamət qoymuşuq. Bunlardan biri bu gün dövlətin verdiyi imkanlardan istifadə edib daha hazırlıqlı gəncləri dünyanın top 500 universitetində elmi-tədqiqatlara göndərməkdir. Əsas istəyimiz odur ki, o gənclər Azərbaycana lazım olan mövzuları inkişaf etdirsinlər, tədqiqat apardıqları elmi mərkəzlərlə bizim əlaqələrimizi qursunlar, müştərək elmi tədqiqatlar aparsınlar. İkinci istiqamətimiz isə fərdi qaydada, yəni universitetin özünün yetişdirdiyi tələbələrin xaricə göndərilməsi ilə bağlıdır. Biz indi bu işlərə başlayırıq. Hazırda ABŞ-dan kimya sahəsi üzrə bir professorumuz var, o, pandemiya dövründə bizim 25 nəfərlik bir qrupumuzda ümumi kimya dərsini apardı. Məqsədimiz həmin gənclərə ABŞ təhsil metodologiyasının öyrədilməsi bizdə olan tələbələrin səviyyəsinin ABŞ təhsil səviyyəsinə qədər adaptasiya olunduğunu müəyyənləşdirmək idi. Mən həmin professorla iki dəfə onlayn görüşdüm. O, bizim tələbələrdən çox razılıq etdi. Faktiki olaraq, 25 nəfərdən yalnız 2 tələbəmiz zəif qiymət, digərlərinin hamısı məqbul qiymət almışdı. Amerikalı professor 8 tələbənin ABŞ-da tədqiqat aparmaq səviyyəsində olduğunu demişdi. O 8 nəfərin aldığı ballar 100 ballıq sistem üzrə ən aşağısı 92 idi. Həmin tələbələrin 8-nin ABŞ-a göndərilməsi bizim üçün ağır olar, ancaq heç olmasa 2 nəfərinin azı 6 aylıq ABŞ-a göndərilməsi ilə bağlı ADNSU müəyyən öhdəliklər götürmək istəyir.

Mustafa müəllim, sizinlə ADNSU-da ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi ərəfəsində görüşürük. Ümumiyyətlə, elmi konfranslarda tələbə magistrantların iştirakı, onların elmi araşdırmalarının səviyyəsi sizi qane edirmi?

Ötən il ADNSU 10 konfrans keçirib. Konfransdan konfransa biz tələbələrimizin elmə marağının artdığını, onların elmi araşdırmalarının səviyyəsinin yüksəldiyini müşahidə edirik. Bunların 3-ü beynəlxalq nüfuzlu təşkilatlarda, Scopus bazalarında dərc olunmuş məqalələrlə  nəticələnib. Bu il konfransların təşkilinə çox önəm veririk. Bilirsiniz ki, ulu öndər bizim ali məktəbin divarları arasında həyatının 2 mənalı ilini keçirib. Ulu öndərin adı ilə bağlı olan istənilən konfrans, tədbir ictimaiyyətdə, müəllim heyətində tələbələrdə həm maraq doğurur, həm məsuliyyəti artırır. Bu konfranslar sıradan konfrans olmur. Ona görə düşünürəm ki bu konfransları biz çox yüksək səviyyədə keçirəcəyik. Artıq 3 tədbir keçirmişik. Ulu öndərin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Çanaqqala zəfərindən Qarabağ zəfərinə" adlı bir konfrans keçirildi. Bundan sonra istər gənc tədqiqatçıların konfransı, istər iyunda keçiriləcək daha geniş, daha çox qonaqların dəvət olunacağı böyük bir konfransımız, tədbirlərimiz, dəyirmi masalarımız, seminarlarımız hamısı ulu öndərin 100 illiyinə həsr olunub. Ulu öndərin xatirəsi təkcə konfranslarla ölçülmür, biz öz məsuliyyətimizi dərk edirik. Ümummilli liderin Azərbaycanın o zamankı bugünkü ictimai-siyasi həyatına verdiyi töhfəni yaxşı bildiyimiz üçün gəncliyi Heydər Əliyev ideyaları ruhunda tərbiyə etməyi bu gün ümdə borcumuz hesab edirik.

Mustafa müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müsahibəni hazırladı:

Zümrüd QURBANQIZI,

"Respublika".