Azərbaycanın Baş prokuroru pensiyaya çıxmış prokurorluq işçiləri ilə görüşüb
Sosial həyat

Azərbaycanın Baş prokuroru pensiyaya çıxmış prokurorluq işçiləri ilə görüşüb

Oktyabrın 6-da Baş prokuror Kamran Əliyevlə pensiyaya çıxmış Xızı rayon prokuroru İlham Məmmədov, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin prokuroru Tahir Vəliyev və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Mehdi Mirzəyevin görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə təltif edilmiş prokurorluğun pensiyaya çıxmış işçilərinə Fəxri fərman və medallar təqdim olunub.

Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya prokurorluğun pensiyaya çıxmış işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün yekununda xatirə şəkli çəkilib.

AZƏRTAC