Bakı şəhəri qlobal forumlara müntəzəm evsahibliyi edir
Siyasət

Bakı şəhəri qlobal forumlara müntəzəm evsahibliyi edir

Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşən Bakı coğrafi mövqeyinə görə Avrasiyanın ən cəlbedici şəhərləri sırasında yer alıb. Avropa Asiyanın kəsişməsində yerləşən bu meqapolis dünyanın ən qədim yaşayış məskəni hesab olunmaqla yanaşı, təbii sərvətlərinin zənginliyi Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri kimi məşhurluq qazanıb. Paytaxtın adı müxtəlif dövrlərdə "Bakhav", yəni "Günəşin doğulduğu yer", "Baqavan", "Badi Kubə", "Xunsar" adlanaraq günümüzə Bakı adı ilə gəlib çatıb. Dakar, İzmir, Neapol, Təbriz, Hyuston, Bəsrə, Sarayevo, Vunqtau-Kondao şəhərləri ilə qardaşlaşmışdır. Qədim Bakı şəhəri təkcə müstəqilliyimiz bərpa edildikdən sonra deyil, Azərbaycan ərazisində fəaliyyət göstərmiş Şirvanşahlar dövləti, Bakı xanlığı, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR-in mərkəzi şəhəri olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra paytaxtımız tez bir zamanda müasir dünyaya inteqrasiya yolu tutaraq, son 30 ildə sürətli inkişaf yolu keçib, çoxsaylı qlobal forumlara evsahibliyi edib. Mart ayında paytaxt daha iki mötəbər foruma evsahibliyi etdi. Martın 2- Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, həmin ayın 9-11 tarixlərində isə "Dünya bu gün: Çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Belə forumların ölkəmizdə keçirilməsi böyük siyasi əhəmiyyət kəsb edir. Budəfəki Forum dünyada cərəyan edən mürəkkəb siyasi proseslərin ziddiyyətlərin fonunda keçirildi ki, bunun da ayrı bir siyasi əhəmiyyəti var. Multikulturalizm ənənələri, tolerant mühitin bərqərar olduğu, müxtəlif dinlərə məxsus insanların ən yüksək səviyyədə birgəyaşayışının təmin olunduğu Azərbaycan bu mötəbər tədbirə evsahibliyi etməklə dövlət hökumət başçılarına, eləcə nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə ən xoş məramını çatdırdı. Prezident İlham Əliyevin təşəbbüsü şəxsi nüfuzu sayəsində Bakıda toplaşan forum iştirakçıları canlı olaraq şahid oldular ki, Azərbaycan region ölkələri içərisində ən aktiv uğurlu xarici siyasət aparan, inkişaf edən ölkədir. Təkcə Qlobal Bakı Forumuna 4 prezident, 2 baş nazir, 6 spiker nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Azərbaycanın belə forumlara müntəzəm evsahibliyi etməsi, hər dəfə iştirakçıların sayında böyük bir artımın olması ölkəmizə olan diqqət etimadın ifadəsi kimi dəyərləndirilir.

Qoşulmama Hərəkatı Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Onu da qeyd edək ki, ən nüfuzlu təşkilat olan BMT son illərdə bir sıra məsələlərin həllində istənilən nəticəni vermir. 2013- ildən davamlı olaraq keçirilən Qlobal Bakı Forumunda Qarabağ münaqişəsi, etnik digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu bir sıra qlobal problemləri geniş müzakirə edilmiş, onların həll yollarının tapılması istiqamətində müzakirələr olmuşdur. Artıq dünya dövlətləri beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı, təhlükəsizliyə töhfə verən, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, müasirliyə açıq ölkə kimi qəbul edirlər. Məhz elə bu səbəbdən BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı digər nüfuzlu təşkilatlar rəsmi Bakı ilə əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. 2019-cu ildən Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyə başlamış, sonradan sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadılmışdır. Azərbaycan dörd il ərzində Hərəkatın bir çox tədbirlərinə evsahibliyi etməklə yanaşı, bu günə qədər təsis edilməyən Parlament Gənclər şəbəkəsini yaradaraq 2022-ci ildə bu şəbəkələrin ilk toplantılarını Bakıda keçirməyə müvəffəq olub. Martın əvvəlində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox qlobal məsələləri, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər kəndinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını, ölkələrin suverenliyinin ərazi bütövlüyünün pozulduğunu, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərə məruz qaldığını multilateralizmin təhlükə altına düşdüyünü, neokolonializm meylinin artdığını, BMT- islahatların zəruriliyini, iqlim dəyişikliyinin bəşəriyyət üçün yaratdığı təhdid, su qıtlığı, ərzaq çatışmazlığı məcburi miqrasiya kimi ciddi problemləri paytaxt Bakıdan dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır.

Musa BAĞIRLI,

"Respublika".