Baş Prokurorluq xaricdə təhsil adı altında vətəndaşlara qarşı törədilən dələduzluq halları barədə videoçarx hazırlayıb
Digər xəbərlər

Baş Prokurorluq xaricdə təhsil adı altında vətəndaşlara qarşı törədilən dələduzluq halları barədə videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi hallarının artması barədə maarifləndirici videoçarx hazırlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videomüraciətdə bildirilib ki, prokurorluq orqanları tərəfindən bu kimi mənfi halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir.

"Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

AZƏRTAC