Birinci yarımildə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə 6643 halda müraciət etmiş vətəndaşlara hüquqi izahlar verilib
Digər xəbərlər

Birinci yarımildə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə 6643 halda müraciət etmiş vətəndaşlara hüquqi izahlar verilib

Bu ilin birinci yarısında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə 6643 halda müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

AZƏRTAC