Bu gün Azərbaycanda COVID-19 əleyhinə 28 mindən çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 28 mindən çox peyvənd vurulub

Dekabrın 18-də Azərbaycanda 28 min 277 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 218 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 20 min 794 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 46 min 136, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 138 min 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 638 min 622 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 269 min 302 nəfər təşkil edir.

AZƏRTAC