Bu gün COVİD-19 əleyhinə 58 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə 58 min dozadan çox peyvənd vurulub

Avqustun 19-da Azərbaycanda 58 min 282 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 min 592 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 991 min 16, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 574 min 157, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 2 milyon 416 min 859 nəfərdir.

AZƏRTAC