Cahid Bağçı: Qarabağda tikinti və bərpa işlərinin nə qədər sürətlə aparıldığını öz gözlərimizlə gördük
MÜSAHİBƏLƏR

Cahid Bağçı: Qarabağda tikinti və bərpa işlərinin nə qədər sürətlə aparıldığını öz gözlərimizlə gördük

Bugünkü tədbir həqiqətən də vacib idi. Biz bu gün Qarabağda tikinti və bərpa işlərinin nə qədər sürətlə aparıldığını öz gözlərimizlə gördük. Minaların zərərsizləşdirilməsi, yolların inşa edilməsi, yeni yaşayış binalarının tikintisi ilə tanış olduq. Bütün bu işlər ümummilli lider Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirmək istiqamətində atılan ən gözəl addımlardır. Biz bu gün bunun bir daha şahidi olduq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşadakı beynəlxalq konfransda iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı söyləyib.

Ankaradan Füzuliyə birbaşa uçuşun gerçəkləşməsinin önəmindən bəhs edəm səfir deyib: "Bu uçuş çox həyəcanverici idi. Dövlət başçısı səviyyəsində bu hava limanına ilk səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən olub. Amma bu cür reysin Ankaradan təşkil olunması bizim üçün sevindiricidir".

Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarətin Azərbaycana keçməsindən, Silahlı Qüvvələrimizin bölmələrinin bu ərazilərə daxil olmasından danışan Cahid Bağçı bildirib ki, bu proses çox gecikmişdi. "Laçın lazım olan vaxtdan daha gec təslim edildi. Buna baxmayaraq, Azərbaycan bu istiqamətdə qətiyyəti və iradəsi ilə bu məsələni həll etdi", - deyə səfir qeyd edib.

AZƏRTAC