Davorko Vidoviç: Azərbaycanın Qarabağla bağlı planlarının mümkün qədər tez həyata keçməsini arzulayırıq
MÜSAHİBƏLƏR

Davorko Vidoviç: Azərbaycanın Qarabağla bağlı planlarının mümkün qədər tez həyata keçməsini arzulayırıq

Ağdamda gördüklərimizdən təsirləndik. Xorvatiyanın da keçmişdə buna oxşar taleyi olub. Buna baxmayaraq, Ağdamda gördüklərimizdən təəccüb hissi keçiririk.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviç söyləyib.

"Azərbaycanın bir hissəsi olan Qarabağı geri qaytarmağa nail olduğuna, həmçinin bu ərazilərə yatırılan investisiyalara görə ölkənizi təbrik edirəm. Məsələyə quruculuq baxımından yanaşmağın qədər vacib olduğunu çox gözəl bilirəm. Azərbaycan Prezidenti İlham Əliyevi bu məsələyə yanaşmasına görə təbrik etmək lazımdır. Biz xorvat xalqı dövləti olaraq Azərbaycana Qarabağda nəzərdə tutulan bütün planları mümkün qədər qısa müddətdə həyata keçirməyi arzu edirik", - deyə o bildirib.