Dekabrın 20-də Azərbaycanda COVID-19 əleyhinə 315 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 20-də Azərbaycanda COVID-19 əleyhinə 315 doza vaksin vurulub

Dekabrın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 315 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 94, ikinci doza vaksinlərin sayı 51, üç və daha çox doza vaksinlərin sayı 135, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 35-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 176, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 709, ikinci mərhələ üzrə 4 milyon 875 min 48, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 996, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 423-dür.                                                                                 

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 107 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 107 yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 944 nəfər müalicə olunaraq sağalıb, 9 min 997 nəfər vəfat edib. Aktiv xəstə sayı 586 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 253, indiyə qədər isə ümumilikdə 7 milyon 410 min 224 test icra olunub.