Dekabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub

Dekabrın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 300 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 83, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 150, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 924 min 934, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 547, ikinci mərhələ üzrə 4 milyon 874 min 613, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 630, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 144-dür.                                   

 

Son sutkada Azərbaycanda 50 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 50 yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 min 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 399 nəfər müalicə olunaraq sağalıb, 9984 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1868, indiyə qədər isə ümumilikdə 7 milyon 389 min 919 test icra olunub.

AZƏRTAC